23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Dövlət istiqrazlarına da tələb kəskin yüksəlib: bu görə məbləğ artırılıb

Screen Shot 2021 09 02 at 14.34.20

12 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0104001877 ISIN-li) 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət  qısamüddətli istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9300 (10.0296%) və 94.5562 (5.7889%) olan 27 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3866 (5.9800%), orta ölçülmüş qiyməti 94.4259 (5.9356%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 98,041,500 manat yerləşdirilmiş həcmi isə tələbin yüksək olması nəzərə alınaraq 50% artırılıb, 30 000 000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  11 yanvar 2022-ci  il.

Hərrac iştirakçıları 13 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər