28 C
Baku
Saturday, July 27, 2024

Dövlət istiqrazlarına təlabat 2,5 dəfə artdı – Hərracdan xəbər var

Bugün, Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104011546 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 62 704 800.00 AZN təşkil edib. Bu da hərracda tələbin təklifdən 150% üstün olması deməkdir.

Sifarişlər 84.8167 AZN (17.9999%) və 87.3969 AZN (14.4999%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.0187 AZN (15.0000%), orta ölçülmüş qiyməti 87.1975 AZN (14.7630%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.05.2017 (t+1) tarixində həyata keçiriləcəkdir. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  25 000 000 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  29.05.2018-cı  ildir.

Son xəbərlər
Digər xəbərlər