Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

  •  
  •  
  •  
  •  

19 mart 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

BFB-dən Banker.az-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 15 milyon manat, bir notun nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 1092 gündür.

İstiqrazların ödəmə tarixi 15.03.2022-dir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.


  •  
  •  
  •  
  •