26 C
Baku
Saturday, July 27, 2024

Dövlət mənzil fonduna aid binaların dam örtüyü üçün 10 milyon manat xərclədi

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin “Dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması” üçün elan etdiyi tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, qalib gələn şirkətin adı “Vest LTD” QSC-dir və bu şirkətlə müqavilə imzalanıb.

Müqavilənin ümumi məbləği 9 milyon 992 min 561 manatdır.

Bildirək ki, “Vest LTD” QSC 2010-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 050 manatdır. Qalib şirkətin qanuni təmsilçisi isə Şahin Verdəliyevdir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər