28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Məşğulluq Agentliyinin yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu gün imzaladığı əmrə əsasən, Sadiq Əliyev Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinə sədr təyin olunub.

Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Son xəbərlər
Digər xəbərlər