16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi 60 yaşında dünyasını dəyişib

faizlere

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, 60 yaşlı general-leytenant Firudin Nəbiyev vəfat edib.

O ötən gün dünyasını dəyişib.

F.Nəbiyev bir müddət xəstəlikdən əziyyət çəkib. O, müalicə məqsədilə Türkiyəyə aparılıb və həmin ölkədə vəfat edib.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olub. O, 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Elə həmin ilin avqust ayından Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 1 iyul 2003-cü il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 15 avqust 2006-cı il tarixli sərəncamı ilə F.Nəbiyevə general-mayor hərbi rütbəsi verilib.

F.Nəbiyev Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 6 mart 2012-ci il tarixli sərəncamı ilə III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər