Dövlət müəssələrinin 9,3 mln manatlıq kommunal borcu var

2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil etmişdir. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsndən deyilir.

İstehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil etmişdir.

2018-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98,0 faizini ödəmiş və 3,9 milyon manat kreditor borc yaranmışdır.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək, 5,0 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət etmişlər.