26 C
Baku
Wednesday, July 17, 2024

Dövlət müəssisələri ötən il 131 mln. manat dividend ödəyiblər

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə digər daxilolmalar 546.8 milyon manat təşkil edib ki, bunun da 130.7 milyon manatı səhmlərində dövlətin payı olan müəssisələrdən alınmış dividendlər olub.

Bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir.

Sənədə əsasən, ötən il “Azərbaycan Beynəlxalq Bank” ASC 120.5 milyon manat, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 10 milyon manat, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) isə 0.2 milyon manat dividend ödəyib.

Qalan vəsaitin isə 90.4 milyon manatı dövlət maliyyə nəzarəti və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində dövlət büdcəsinə bərpa olunmuş vəsaitlər, 89.7 milyon manatı dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlar tərəfindən gömrük yığımları, inzibati xətalara görə tətbiq edilmiş və digər cərimələrdən dövlət büdcəsinə çatan hissə, 46.9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsindən daxilolmalar, 35.1 milyon manatı Azərbaycanın payına düşən qızılın satışından daxilolmalar, 35.1 milyon manatı ilin sonuna istifadə olunmamış qalıqlar üzrə daxilolmalar, 25.1 milyon manatı bir sıra dövlət müəssisələrinə dövlət büdcəsindən verilmiş müddətli maliyyə yardımının (“Azərbaycan Dəmir Yolları” QSC və ASCO) dövlət büdcəsinə qaytarılması hesabına daxilolmalar, 21.6 milyon manatı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə edilməmiş məbləğinin dövlət büdcəsinə qaytarılması, 17 milyon manatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondlarından daxilolmalar, 16.4 milyon manatı xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən xarici ölkədə ödənilmiş vergilərin geri qaytarılması və bəzi aktivlərinin satışı hesabına daxilolmalar, 4.4 milyon manatı müsadirə edilib, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar, 1.8 milyon manatı xarici dövlətlərə verilmiş kreditlər üzrə ödənişlər, 1.3 milyon manatı nəzarət markalarının (dərman vasitələri və dini ədəbiyyat) satışından daxilolmalar, 31.3 milyon manatı isə sair daxilolmalar olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər