29 C
Baku
Sunday, June 26, 2022

Dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələri necə icarəyə verilir?

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı sərəncam vermək yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindədir.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, torpaq sahələrini icarəyə götürmək istəyən fiziki və ya hüquqi şəxslər “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1-ci maddəsinə əsasən ərizə ilə yerli icra hakimiyyəti orqanlarına müraciət edirlər. Ərizəyə siyahısı həmin Qanunda göstərilmiş sənədlər əlavə olunur. Yerli icra hakimiyyəti orqanları məqsədəmüvafiq hesab etdikdə həmin torpaq sahəsinin yerquruluşu xəritəsinin hazırlanması və torpaq sahəsinin ayrılmasına razılıq verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Yerquruluşu xəritəsi işləndikdən və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq razılıq alındıqdan sonra yerli icra hakimiyyəti orqanlarının sərəncamı əsasında fiziki və ya hüquqi şəxs arasında icarə müqaviləsi bağlanır və yaranmış hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.

Son xəbərlər
Oxşar xəbərlər