10 C
Baku
Thursday, December 5, 2024

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə 3 tona yaxın qızıl alıb.

Bu barədə ARDNF-dən bildirilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə Fondun qızıl ehtiyatı 101.8 ton (3 272 974.8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104.6 tona (7 mlrd. 499 mln. dollar) qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 2.8 ton və ya 2.8% artırıb.

Qeyd edək ki, bu ilin ilk rübündə ARDNF-in investisiya portfelində qızılın payı 13.2% təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər