26 C
Baku
Saturday, July 27, 2024

Dövlət Neft Fondu bu il yerli istehsal olan qızılı alır

“AzerGold” QSC bu il Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 55 min unsiya qızıl satmağı planlaşdırır. Bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

O qeyd edib ki, satış siyasəti ilin əvvəlində müvafiq dövlət qurumlarına fondun qızıla olan tələbatı barədə müraciət edilərək cavaba uyğun olaraq həyata keçirilir.

“Bu il Neft Fondu qızıl almaq niyyətini bildirib. Biz bu il 55 min unsiya qızıl hasil etməyi planlaşdırırıq. ARDNF hasil edilən bütün bu həcmləri almağa hazırdır”,- “AzerGold” sədri bildirib.

Qeyd edək ki, ARDNF ötən ildən “AzerGold”dan qızıl almağa başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər