Dövlət Neft Fondu büdcə proqnozuna tam əməl edə bilmədi

Bu ilin I yarısında Dövlət Neft Fondundan büdcəyə 4 696.7 milyon manat vəsait transfert edilib.

Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 1 403.2 milyon manat və yaxud 23%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17.2% azdır.

Proqnozun tam yerinə yetirilməməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin büdcə proqnozunu artıqlaması ilə icra etməsi və büdcə kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması ilə bağlıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.