15 C
Baku
Saturday, April 20, 2024

Dövlət Neft Fondu Londondakı biznes mərkəzindən niyə qazana bilmir?

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Londondakı biznes mərkəzinin təmir işi 2018-ci ildən bu tərəfə bitib qurtarmır ki, icarəyə verilsin.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in büdcəsinə dair Hesablama Palatasının rəyində deyilir.

2021-ci ilin 30 sentyabr tarixində London şəhərinin Vest End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 133.75 milyon funt sterlinq təşkil edən ofis kompleksi mənfi gəlirlilik edib.

Palata, 2021-ci ilin ilk 9 ayında bu əmlakından 22.28 mln. funt sterlinq, yaxud 30.92 mln. ABŞ dolları zərər edib.

Fondun daşınmaz əmlak alt portfeli ilin əvvəli ilə müqayisədə həcmində cuzi azalma müşahidə edilmiş, 9 ay ərzində gəlirlilik göstəricisi 5.76% təşkil etməsinə baxmayaraq, portfelin strukturuna daxil olan “birbaşa investisiyalar” üzrə mənfi gəlirlilik müşahidə edilib.

Hesablama Palatasının rəyində, öncəki ildəki kimi izah edilir ki, daşınmaz əmlak portfelinin birbaşa investisiyalar alt bölməsində mənfi gəlirliliyə səbəb kimi Londonda yerləşən daşınmaz əmlakın 2018-ci ildə başlayan və hal-hazırda da davam edən təmir işləri və əmlakda icarəçinin olmaması ilə əlaqəlidir.

ARDNF bu əmlakı 2012-ci ildə 177.35 mln. funt sterlinqə əldə edib, hazırda yuxarıda qeyd etdiyimiz kimi 133.75 milyon funt sterlinq qiyməti vardır.

2016-cı illərdə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov demişdi ki, bu investisiyalara uzunmüddətli investisiya kimi baxır.

Bildirmişdi ki, binaların bahalaşıb-ucuzlaşması birbaşa olaraq kirayəçilərə təsir edir. Bizim binalarımızda oturan kirayəçilərlə bizim aramızda uzunmüddətli müqavilələr bağlanıb. Kirayədən əldə olunan və olunacaq məbləğlər əvvəlcədən bəllidir. Təbii ki, binaların bahalaşıb-ucuzlaşması bizə də təsir edir. ARDNF-in aldığı əmlaklar beynəlxalq nüfuza malik olan müstəqil auditor tərəfindən qiymətləndirilir. Biz hər şeyi real bazarda olan qiymətlərlə ölçürük.

Sonuncu dəfə 2018-ci ildə 45.28 mln. funt sterlinq gəlir əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər