23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Dövlət Neft Fondu manatın “lövbər məzənnəsi”nə görə $2 mlrd. valyutasından keçib – İlk dörd ayın rəqəmləri

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Mərkəzi Bankında aprel ayında 8 valyuta hərracı gerçəkləşdi. 2020-ci ilin dekabrından bu tərəfə ən çox valyuta hərracının gerçəkləşdi bu ay ərzində banklara Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 510 milyon ABŞ dolları həcmində valyuta satıldı.

Bu aprel ayında hərraclar daha az “gərgin” keçməsini demək mümkün olar. Məsələn, aprel ayı ərzində ən yüksək valyuta satışı ikinci hərracda 74.3 milyon dollarla qeydə alınsa da aprelin 20-si gerçəkləşən 6-cı hərracda 31 milyon dollar həcmində xarici valyuta satıldı ki, bu da 2020-ci ilin iyunundan bu tərəfə ən aşağı göstərici idi.

Beləliklə, ARDNF ilin ilk 4 ayı ərzində manatın məzənnəsini “lövbər”də saxlamaq üçün  1 milyard 992.70 milyon ABŞ dolları həcmində valyutasını hərraclarda banklara satmalı oldu.

Lakin bu rəqəmlər 2020-ci ilin eyni dövründə  2 milyard 771.90 milyon dollar idi. Bu da cari ilin göstəricilərinin  1 milyard 687 milyon dollar, yaxud 61% azalma deməkdir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər