24 C
Baku
Bazar, May 29, 2022

Dövlət Neft Fondu neft yatağında indiyə qədər $156.06 mlrd. gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 1 Fevral 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə əldə edilən gəlirləri açıqlayıb.

Banker.az Fonda istinadən xəbər verir ki, 2001-ci ildən etibarən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 156 056 milyon ABŞ dollarına çatıb.

Fond tərəfindən 2022-ci ildin Yanvar ayında (01.01.2022-01.02.2022 tarixinə) AÇG yatağından 683 114 min ABŞ dolları gəlir əldə edilib.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 701 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar ayında Şahdəniz yatağından (qaz və kondensat) 149 899 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından  22 172 min ABŞ dolları gəlir əldə edilib.

Yanvar ayında AÇG və Şahdəniz yataqlarından cəmi gəlirlər 833 milyon 13 min dollar təşkil edib. İndiyədək AÇG və Şahdəniz yataqları üzrə əldə olunan ümumi gəlirlər 160 757 milyon dollara çatıb.

Son xəbərlər
Oxşar xəbərlər