14 C
Baku
Monday, November 11, 2024

Dövlət Neft Fondu qeyri-müəyyənliklərdən “qorunmaq” üçün qızıl alışlarını artırır

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2024-cü ilin üçüncü rübündə də sabit və dəyərli alət olan qızılın alışını davam etdirməklə gələcəklə bağlı qeyri-müəyyənlik relyefində portfelini hedc etmək istəyir.

Banker.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə, 30 sentyabr tarixinə, ARDNF tərəfindən 25.2 ton qızıl alınmışdır. Eyni zamanda 2024-cü ilin 3-cü rübündə 12.1 ton qızıl alışı həyata keçirilib.

Beləliklə, ölkənin suveren fondu portfeli 1 oktyabr 2024-cü il tarixinə 127 tonluq qızılı olduğu təsdiqlənib və bunun da ABŞ dolları ilə məzənnəsi 10 mlrd. 844.9 mln. dollar təşkil edir.

Banker.az bununla bağlı hələ sentyabrda ARDNF-ə sorğu göndərmişdi. Sorğunun yaranmasına isə son illərdə Azərbaycanda qızıl alışına yaranan tələbinin yüksəlməsidir. Belə ki, Azərbaycana 2024-cü ilin təkcə avqust ayında  5 967 kq üzərində qızıl idxal edilib və bu ilin ən iri həcmli alışıdır. Alış apreldən bu tərəfə alış başlanılıb və 4 aya ümumilikdə  19 904 kq həcmində qızıl idxal edilib. Buna görə ölkədən kənara 1 milyard 509.18 milyon ABŞ dolları valyuta axıb. Bu son onillikdə ən böyük idxaldır.

Dünyada bu sarı metala tələb ABŞ Federal Ehtiyat Sistemi,onunla paralel digər iri inkişaf etmiş ölkələrin mərkəzi banklarının faizləri endirməsi və geosiyasi risklərdən dolayı yüksəlməkdədir. Faizlər endikdə geosiyasi risklər fonunda qızıl fiyat puldan daha cəlbedicidir. Bu həm fyuçers, həm də spot qiymətlərdə açıq büruzə verir. Qiymətlər cari ildə 2000 dollar/unsiyadan 2700 dollar/unsiyaya qalxmaqla indiyə qədər olmadığı zirvəni fəth edib.

Qızıl hedcinq üçün mühüm alətdir. Məlumdur ki, qızıl qiymətli metallar arasında həm dəyərini qoruyur, həm də iqtisadi qeyri-müəyyənlik və inflyasiya zamanı aktivlərin diversifikasiyası üçün mühüm rol oynayır.

Dünya iqtisadiyyat və maliyyə bazarlarında baş verən dalğalanmalar və potensial risklər hökumətlərin və suveren fondların böhrandan qorunmaq üçün qızıla üstünlük verməsinə səbəb olur.

ARDNF-nin ölkə üçün daha bir öhdəliyi var. O qızıla sərmayə qoymasının bir səbəbi də neft gəlirlərinin gələcək nəsillər üçün təhlükəsiz aktivlərdə saxlanılması və qiymət dalğalanmalarından qorunmaqdır. Neftin qiymətləri kəskin dəyişkən olduğu halda, qızıl uzun müddətli dövrdə öz sabitliyini saxlayır. Bu da Dövlət Neft Fondunun strateji qərarlarının bir hissəsi kimi qızıla marağını artırır.

Ölkənin valyuta bazarının bir gözü də bu fondun üzərindədir. Manatın məzənnəsinin möhkəm qalmasında əsas ümid yeri də məhz bu fonddur. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə dollar/manat məzənnəsi sabit, cari ilin səviyyəsində səviyyəsində götürülüb. 

Bununla belə, ARDNF-in investisiya portfelindəki səhm istiqamətdə əhval-ruhiyyə də yüksəkdir. Onun səhmdarı olduğu bir sıra şirkətlərin səhmləri son illərdə tarixi zirvələrə yüksəlib. Məsələn, ABŞ-nin 500 ən iri şirkətlərin indeksini ölçən S&P500 5 700 bəndə yüksəlməklə proqnozları üstələyib. Hansı ki, bu proqnozlar sıradan deyil, “JP Morgan” və “Morgan Stanly” kimi tananmış investisiya bankları tərəfindən edilmişdi.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2023-cü ilin doqquz ayına 4 mlrd. 197.6 milyon manat təşkil etmişdir. Fond izah edir ki,  aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərdə əsas töhfə səhm investisiyalarının payına düşür.

Son xəbərlər
Digər xəbərlər