28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi prezidentə təqdim edilir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.

ARDNF-dən  bildirilib ki, iclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərə dair Neft Fondunun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 711 564,1 min manat, xərclərinin 8 261 399,7 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 420,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb, müvafiq olaraq ARDNF-in 2016-cı il büdcə layihəsi, o cümlədən fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Bununla yanaşı iclasda Dövlət Neft Fondunun mühasibat sisteminin “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların”dan “Maliyyə Hesabatlarının Beynəlxalq Standardları”na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab olunub.

Azertag

Son xəbərlər
Digər xəbərlər