13 C
Baku
Sunday, November 27, 2022

Dövlət Neft Fondunun AÇG-dan iki aya gəliri $1.3 milyardı ötdü

Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu günə qədər 156 mlrd. 680 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Banker.az-a Fonddan bildirilir.

AÇG yatağından ilin ilk iki ayı ərzində, yəni 01.01.2022-01.03.2022 tarixinə 1 mlrd. 307 mln. ABŞ dolları gəlir əldə edib. Ötən ilin müvafiq dövründə 2.3 dəfə çox olub. Həmin dövrdə ARDNF-in gəliri 574.54 milyon dollar idi.

Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 4 milyard 779 mln. ABŞ dolları (01.03.2022 tarixinə).

Şahdəniz yatağından (qaz və kondensat) – (01.01.2022-01.03.2022 tarixinə) 227.557 mln. ABŞ dolları təşkil edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə  (01.01.2022-01.03.2022 tarixinə) 22.172 mln. ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər
X