27 C
Baku
Saturday, July 27, 2024

Dövlət Neft Fondunun aktivlərinin tükənməsinə “qabaqlayıcı tədbir”

Azərbaycanda ortamüddətli dövr üçün Dövlət Neft Fondunun aktivlərinin tükənməsinin qarşısının alınması və komfort zonada saxlanılması məqsəd ilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin hər il azaldılmasıilə bağlı əməliyyat hədəfinin dəmüəyyən edilməsi nəzərdə tutula bilər.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Belə ki, neft gəlirlərinin azalması neft gəlirlərinin orta və uzunmüddətli dövrdə daha mühafizəkar tərzdə idarəolunmasını, Dövlət Neft Fondunun aktivlərinin ölkənin iqtisadi təhlükəsizliyini təmin edən səviyyədə qorunması zərurətini meydana çıxarır. Zəruri xərclərin örtülməsi üçün Dövlət Neft Fondundan götürülən transfertin illik həcmi makroiqtisadi dayanıqlılığı təmin etməlidir.

Bununla belə , Dövlət Neft Fondunun aktivlərinin uzunmüddətli dövrdə dayanıqlığını təmin etmək məqsədilə növbəti illərdə hamar və mərhələli şəkildə azaldılacaq Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənməsi nəzərdə tutulur.

Fondun 2022-ci ildə gəlirləri 5 284.2 milyon, 2023-cü ildə 5 664.7 milyon, 2024-cü ildə 5 898.9 milyon 2025-ci ildə isə 6 118.5 milyon manat olacağı proqnoz edilir.

ARDNF-in xərcləri 2022-ci ildə 11 887.8 milyon manat, 2023-cü ildə 11 557.2  milyon manat, 2024-cü ildə 11 212.2 milyon və 2025-ci ildə isə 10 862.9 milyon manata salınacağı proqnoz edilir.

Qeyd edilir ki, Dövlət Neft Fondunun aktivlərinin qorunması nəinki fiskal tənzimləmə funksiyasını daşıyır, eyni zamanda daxili valyuta bazarında tarazlığı və bununla da uzunmüddətli makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını təmin edir.

Son xəbərlər
Digər xəbərlər