Dövlət orqanları: Dalğalar azalan kimi gəmilər Xəzərdə palçıq vulkanı baş vermiş əraziyə çıxacaq

Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Xəzər dənizində palçıq vulkanının baş verdiyi ərazinin görüntülərini paylaşıb.

Görüntülər də təsdiq edir ki, hadisə təbii vulkan püskürməsidir, texnogen xarakterli deyil.

Dövlət orqanlarından bildirilib ki, hazırda hava küləklidir və güclü dalğalar gəmilərin sahilə yaxınlaşmasına imkan vermir. Dalğalar azalan kimi gəmilər də əraziyə çıxacaq.

Daşlı adlı palçıq vulkan nəticəsində yaranmış adadır. Salyan və Neftçala arasında sahildən 30 km məsafədə yerləşir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.