15 C
Baku
Tuesday, September 27, 2022

Dövlət ötən il büdcə kəsirini necə bağlayıb?

2020-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 1737,1 milyon manat, ümumi daxili məhsulun 2,4%-ni təşkil edib və yaxud proqnozlaşdırılan kəsir məbləğindən 1 631,1 milyon manat və yaxud 48,4% az olub.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.

Son xəbərlər
Oxşar xəbərlər