15 C
Baku
Wednesday, April 24, 2024

“Dövlət Qulluğu Məcəlləsi” hazırlanır

“Dövlət Qulluğu Məcəlləsi” hazırlanma mərhələsindədir”.

Bunu Dövlət Qulluğu İdarəetmə Şurasının üzvü, Milli Məclisin deputati Nizami Səfərov deyib. O bildirib ki, növbəti dekadalarda layihə hazır olacaq:

“Bu layihənin geniş ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Geniş ictimaiyyət, həmçinin, dövlət qulluqçuları bu layihə ilə yaxından tanış olacaq və təkliflərini irəli sürə biləcək. “Dövlət qulluğu haqqında” qanun 2000-cu ildə qəbul olunub, 2001-ci ildən qüvvəyə minib və bu qanunda bir sıra dəyişikliklər edilib. Ancaq qeyd etmək istəyirəm ki, qanun öz sistemliliyini saxlasa da, belə bir Məcəllənin hazırlanması Azərbaycan Respublikasının qanunvericiliyində mövcud olan yeni məcəllələrin hazırlanması istiqamətində atılan mühüm addım olacaq”.

Nizami Səfərov deyib ki, Məcəllə payızda artıq müzakirəyə çıxarılacaq.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər