26 C
Baku
Saturday, April 20, 2024

Dövlət qurumu 4,8 mln manatlıq müqaviləni “Azərsutikinti”nin törəmə müəssisəsinə həvalə etdi

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin (MST) tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Muğansutikinti” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulur.

Müqavilənin məbləği 4 milyon 810 min manatdır.

Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 1948-ci ildə yaradılıb. Müdiriyyət bütün Azərbaycan Respublikası üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir.

“Muğansutikinti” MMC  isə 1969-cu ildə yaranıb. 2010-cu ilədək “Azərsutikinti” ASC-nin tərkibinə daxil olmuş və törəmə müəssisə kimi fəaliyyət göstərib. 2010-cu ildə “Azərsutikinti” ASC-nin “Muğansutikinti” törəmə müəssisəsi və onun 7 müəssisə və filialının bazasında “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər