Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.
Banker.az xəbər verir ki, tenderdə ofis yerinin icarəsi nəzərdə tutulub.
Tenderin qalibi fiziki şəxs Heydərova Ruhəngiz Muxtar qızıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəsi üçün 48 min 840 manat ödəyəcək.
Bildirək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılıb.