22 C
Baku
Cümə axşamı, May 26, 2022

Dövlət qurumu Azəriqaz-la bağlı məhkəməyə müraciət edib

Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi p.h.ş dövlət şirkətini məhkəməyə verib.

Banker.az xəbər verir ki, ƏƏSMN tabeliyindəki müəssissə Bakı Kommersiya Məhkəməsinə “Azəriqaz” İstehsalat Birliyinin müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin olması iddiasını irəli sürüb.

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. Müəssisədə “Baxımsız,kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbə”si, ”Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbə”si, “Görmə imkanı məhdud şəxslərin sosial reabilitasiya şöbə”si, “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbələri nizamnaməyə uyğun olaraq qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq xidmətlər göstərir.

“AzəriQaz”la olan məhkəməyə Fərrux Qasımov hakim təyin edilib.

Son xəbərlər
Oxşar xəbərlər