Dövlət qurumu tender ilə bağlı təlimlərə başlayır

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlərə başlayır.

Təlimlərin təşkilində məqsəd e-satınalma ilə bağlı prosedurlar, www.etender.gov.az vahid internet portalı və ondan istifadə barədə sahibkarların məlumatlandırılmasıdır.

İlk təlimlər 22, 24 və 26 iyul 2019-cu il tarixlərində, saat 15.00-da KOBİA-nın inzibati binasında təşkil olunacaqdır (ünvan: Atatürk prospekti, 134,  əlaqələndirici şəxs: Urfan Nəbiyev, tel: (+99412) 404-04-01).

Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın [email protected]ünvanına göndərə bilərlər. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları