9.1 C
Baku
Wednesday, November 6, 2024

Hüquqi şəxslərin dövlət reyestri ilə bağlı qaydalara dəyişiklik edilib

Dövlət reyestrinə daxil olan məlumatlar artıb.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) də dövlət reyestrinin tərkibinə daxil ediləcək.

Qərara əsasən, dini qurumların mənsub olduğu dini konfessiya haqqında məlumatlarla yanaşı ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) da dövlət reyestrində göstərilməlidir.

Eyni zamanda, qərarla qeyri-kommersiya qurumlarının dövlət reyestr kitablarının hər sütununda qeydə alınmalı faktlar dəyişib. Xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində və dini qurumlarda – ləğv edilmiş qurumun əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunmasına dair məlumatlar “(dini qurumlar üçün həmçinin sənədlər) də qeyri-kommersiya qurumlarının dövlət reyestr kitablarının sütununda qeydə alınmalıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər