26 C
Baku
Wednesday, April 24, 2024

“Dövlət rüsumları ilə bağlı narazılıqlar var”

“Dövlət rüsumlarına yenidən baxmaq lazımdır. Rüsumlar, daha öncə qəbul edilmiş qaydalar bir qədər artıqdır. Rüsumlarla bağlı narazılıqlar var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Çingiz Qənizadə deyib. O,xatırladıb ki, icarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manatdır.

“Vətəndaş hansısa balaca bir yeri icarəyə verir, 92 manat ödəyir. Sonra növbəti icarəçi gəlir və yenə də 92 manat ödəyir. İcarə müqaviləsindən başqa, ayrıca vergi orqanları ilə əlaqədar 14% rüsum var. Bir icarə müqaviləsini hər ay kimsə yeniləsə, 100-120 manat xərci var. İcarə müqaviləsi pozulduqda da tərəf yenidən 23 manat rüsum ödəyir. Bu, başadüşülən deyil. Gələcəkdə buna baxmaq lazımdır”, – deyə Ç.Qənizadə vurğulayıb.

Azvision

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər