10 C
Baku
Bazar, Dekabr 5, 2021

Dövlət rüsumlarının artırılması büdcəyə əlavə ₼200 mln. gəlir gətirəcək

Gələn il Azərbaycanın dövlət büdcəsində dövlət rüsumu üzrə üzrə daxilolmaların 363,5 milyon manat təşkil edəcəyi gözlənilir.

Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 193,5 milyon manat və yaxud 2,1 dəfə çoxdur.

Artıma səbəb dövlət rüsumunun büdcədənkənar gəlirlərə aid edilən hissəsinin ləğv olunması və tam məbləğdə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmalara aid olunması, dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, habelə koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar xidmətlərin və hüquqi hərəkətlərin sayının artmasıdır.

Son xəbərlər
Oxşar xəbərlər
X