7 C
Baku
Sunday, February 5, 2023

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıda tikinti bumu ilə bağlı xəbərdarlıq edib

Bakının Baş planı şəhərin zonalaşdırılması, eyni zamanda, müvafiq məhdudiyyətlərin tətbiq edildiyi sənəddir. Bununla yanaşı, sənəddə bir çox yeni şəhərsalma yanaşmalar üzrə Bakıya uyğun təkliflər veriləcək.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri Bakıda gedən tikinti bumu ilə bağlı xəbərdarlıq edib.

“Tarixi mərkəzlərdə gedən tikintilərdə tarixilik qorunmalıdır. Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti qorunmalıdır. Həmin ərazilərdə aparılacaq yeni işlər həmin mühitə uyğun aparılmalıdır. Bu, istər bərpa işlərində, istərsə də yeni bina tikintisində qorunmalıdır”, – Anar Quliyev qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X