25 C
Baku
Friday, July 19, 2024

Dövlət sərbəst vəsaitini ARDNF-in idarəetməsinə verib ki, “pul pul gətirsin” – NƏTİCƏ?

Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası vəsaitlərin idarəedilməsinə təsir etmiş, xüsusilə yanvar-noyabr aylarında qeydə alınan profisit yerləşdirmədə olan hissənin artımı ilə nəticələnmişdir.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə dair rəyində bildirilir.

Qeyd edək ki, 2022-ci il ərzində 5 protokolla daha 1 mlrd. 900 mln. ABŞ dolları Dövlət Neft Fondunun idarəetməsinə verilib. İdarəetməyə verilmiş vəsaitin əsas hissəsi xarici valyutada olmaqla, müddətsiz şərtlərlə (tələb olunanadək) yerləşdirilib ki, bu da həmin məbləğ üzrə faiz gəlirlərinin əldə edilməsini məhdudlaşdıran, lakin daha az riskli və gəlirliliyi təmin edən amil kimi qeyd oluna bilər.

Dekabr ayında xərclərdə izlənilən artım idarəetmədə olan vəsaitin əsas hissəsinin (2 mlrd. 350 mln. ABŞ dollarının) geri çağırılmasına səbəb olmuşdur.

Təqdim edilmiş məlumatlara əsasən, manatla yerləşdirmədə olan (“Azər Türk Bank” ASC-də) vəsaitdə artım olmamış, əksinə, il sonuna doğru 0.5 mln. manat azalaraq 1.2 mln. manat təşkil edib. Qalığın yerləşdirilməyə verilən hissəsi I rübdən sonra yüksələn dinamikaya malik olmuş, hesabat ili ərzində ən yüksək səviyyəyə 4 mlrd. 341.2 mln. manat (sərbəst qalığın 93.8%-i) olmaqla noyabr ayında çatmışdır.

2222222

 

Son xəbərlər
Digər xəbərlər