26 C
Baku
Thursday, July 18, 2024

“Dövlət satınalma haqqında” qanunda nələr dəyişib? – şərh

Büdcə təşkilatları üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda mühüm dəyişiklik edilib “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 28 dekabr 2019-cu ildə 2 maddə mühüm dəyişiklik edilib: 1-ci abzasa “üsullarla” sözündən sonra “dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin; üçüncü abzasa “malları (işləri və xidmətləri)” sözlərindən sonra “dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin; satınalma – malların (işlərin və xidmətlərin) bu Qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsi; satınalan təşkilat – malları (işləri və xidmətləri) dövlət vəsaiti hesabına satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar; Bu o deməkdir ki, büdcə təşkilatı büdcə vəsaiti hesabına iş və xidmətlərə görə Dövlət satınalmaları haqqında qanuna əsasən iş görürlərsə artıq bu qanun tələblərinə uyğun hərəkət etməlidirlər. Dövlət vəsaiti hesabına sözü buna görə maddənin anlayış hissəsinə əlavə edilib.

Əlavə qeyd edək ki, büdcə qanunvericliyində iki anlayış var büdcə vəsaiti və xüsusi vəsait. Qanun dəyişdiyi üçün xüsusi vəsaitə artıq mənfəət vergisi tətbiq edilir və ora daxil olan yəni büdcədən kənar gəlirlərə “Dövlət satınalmaları haqqında” qanun tətbiq edilməyəcək. Ümumiyyətlə dəyişikliyin əsası da, vahid mühasibatlığa keçidlə bağlıdır. Artıq mənfəət vergisinin də xüsusi vəsaitə tətbiq edilməsi, büdcə mühasiblərinin Vergi Məcəlləsi ilə daha yaxından maraqlanmağına səbəb olacaq. Bu da kommersiya mühasibatlığında (indiki halda kiçik və orta sahibkarlıq haqqına uçotu) öyrənməsinə azda olsa səbəb olacaq. Büdcə təşkilatları çalışmalıdırlar ki, 2019-cu ildə satınalma prosesi və proseduru dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsin. Əks halda İnzibati Xətalar Məcəlləsinin 445-1.1 maddəsinə əsasən vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə ediləcəklər. Qanunun 4-1. maddəsinə əsasən satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.

Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərti ilə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir. Qanunun 40.7 maddəsinə əsasə “İşlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsinin (müqavilələrinin) dəyəri satınalma müqaviləsinin ümumi məbləğinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.

Digər dəyişilikləri oxucular, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə internetdə axtarış edib tanış ola bilərlər.

MÜƏLLİF
Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər