28 C
Baku
Sunday, June 26, 2022

Dövlət satınalmalarında lider olan şirkətin büdcəyə 1 milyon manatdan çox vergi borcu var

“İnpeks.N” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən,  “İnpeks.N” MMC-nin vergi borcu 1 008 644 manatdır.

Qeyd edək ki, bu şirkət 2013-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İntiqam Ramazanovdur.

Son xəbərlər
Oxşar xəbərlər