28 C
Baku
Saturday, July 27, 2024

Dövlət satınalmalarında lider olan şirkətin dövlət büdcəsinə 4 milyon manatdan çox vergi borcu var

7 ildir ki, Azərbaycanda fəaliyyət göstərən “İnpeks.N” MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “İnpeks.N” MMC-nin 4 milyon 496 min 683 manat vergi borcu var.

Qeyd edək ki, sözügedən şirkət indiyədək dövlət tenderlərini ən çox qazanan biznes strukturdur. Bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. “İnpeks.N” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov, ev 13, m. 34 ünvanında fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər