32 C
Baku
Tuesday, July 16, 2024

Dövlət Sığorta Şirkəti rebrendinq etdi – YENİ LOQO

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) rebrendiq edib.

Sığorta şirkətindən verilən açıqlamada məlumatı təsdiq ediblər. Məlumata görə, şirkətin loqosu və elektron səhifəsi yenilənib. Rebrendinq işləri çərçivəsində şirkətin loqosu və “brandbook”u tamamilə yenilənib.

Şirkətin yeni brendinin əsas ideoloji mahiyyəti dövlət sığortası adı altında vəhdət yaradaraq cəmiyyəti birləşdirməkdir. Yeni loqo özlüyündə cəmiyyətin vahid olması simvolunu özündə əks etdirir və milli atributumuz olan səkkizgüşəli ulduzu əmələ gətirir.

Loqodakı naxış elementləri birləşərək milli şəbəkə ornamentini simvolizə edir. Bu isə qeyd edilən vəhdəti yaratmaq üçün düşünülmüş elementlər şəbəkəsini nəzərdə tutur. 

Qeyd edək ki, ötən ilin sonundan etibarən “Azərsığorta”nın rəhbərliyində bir sıra dəyişikliklər olub. Prezident İlham Əliyevin sərəncamı ilə Milli Depozit Mərkəzinin İH-nin sədr müavini Fərhad Adıgözəlov “Azərsığorta”nın sədri seçilib. Hazırda sığorta şirkəti yenilənmə prosesindədir və kadr dəyişiklikləri davam edir.

gold h sologan

Son xəbərlər
Digər xəbərlər