27 C
Baku
Saturday, July 27, 2024

Dövlət şirkəti 1 milyon 390 min ABŞ dollar ekvivalenti məbləğə avtomobil şinləri alınması üçün müqavilə imzalayıb

“Azərişiq” ASC yanvarın 23-də 1 milyon 390 min ABŞ dollar ekvivalenti məbləğə avtomobil şinləri alınması üçün müqavilə imzalayıb. Onların sayı açıqlanmır.

Banker.az məlumat üçün bildirir ki, dövlət müqavilələrinin reyestrinə əsasən, müqavilə “Gatdigital” QSC ilə bağlanılıb.

Müqavilənin qiyməti 2 milyon 362,7 min manat təşkil edir.

Həmçinin “Azərişıq” ASC 1 fazalı SMS sayğaclarının tədarükçüsünü seçib.

Dərc olunmuş materiallara əsasən, “Azərişıq” “Sensemi DMCC of Dubai” ilə sözügedən sayğacların alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 480 min dollardır.

Son xəbərlər
Digər xəbərlər