Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6% və ya 142.8 mln. manat artaraq 2 302,1 mln. manat olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Belə ki, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8.4% (118.8 mln. manat) artaraq, 1 527.7 mln. manat təşkil edib.
Yanvar-may aylarında Fondun əhaliyə ödənişlər üzrə xərcləri 5.1% artaraq 2 012.8 mln. manat olub.