26 C
Baku
Saturday, July 27, 2024

“Dövlət Sosial Müdafiə Fondu” yüksək qiymətə 2 ofis icarəyə götürüb

“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs “Bakı Avrasiya Universiteti” və Qaze Həsən qızı Həsənova ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Bakı Avrasiya Universiteti” ilə imzalanmış müqavilədə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği 630 min manatdır.

Qaze Həsən qızı Həsənova ilə 993 min 600 manat məbləğində bağlanmış müqavilədə isə Əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi xidmətinin satın alınması nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər