28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 108 milyon manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin üç ayında 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub.

Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər