28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 39% artıb – 4 milyard manat

2018-2020-ci illər üzrə DSMF gəlirlərində 39% və ya 1 mlrd. 327 mln. manat artım qeydə alınıb, gəlirlər 2020-ci ildə 4 mlrd. 748 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70% və ya 1 mlrd. 467 mln. manat artaraq ötən il 3 mlrd. 553 mln. manata çatıb. MDSS haqları üzrə Fonda daxilolmalarda artım dövlət sektoru üzrə 84%, özəl sektor üzrə 63% səviyyəsində özünü göstərib.

DSMF gəlirlərində yığımın mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və Fondun fəaliyyətinin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər Fondda 2018-ci ildə 22 mln. manat, 2019-cu ildə 197 mln. manat və 2020-ci ildə 235 mln. manat ehtiyat vəsaitin yaranmasına imkan verib.

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhaliyə ödənişlərin 1.3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10% azalıb. Əgər 01.01.2018 tarixinə dövlət büdcəsindən ödənilən bu məbləğ DSMF büdcəsinin 38.1 faizini təşkil edirdisə 2020-ci ildə bu rəqəm 26 faizə düşmüşdür. Beləliklə DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığı gücləndirilmişdir.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24% artaraq 3 542 131  nəfərdən 4 382 297 nəfərə çatıb.

Son xəbərlər
Digər xəbərlər