28 C
Baku
Saturday, July 27, 2024

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan çox artıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 2.8% və ya 116 mln. manat çox olmaqla 4 mlrd. 237 mln. manat təşkil edib.

DSMF-dən Banker.az-a verilən məlumata əsasən, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-sentyabr aylarında proqnoza nisbətən 3.6% və ya 114 mln. manat artaraq 3 mlrd. 302 mln. manat olub.

DSMF-nin xərcləri isə 3 mlrd. 893 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6.3% və ya 230 mln. manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər