Dövlət sosial sığorta haqları üzrə plana 111%-ə yaxın icra edilib

2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1.530,7 mln. manat təşkil edib.

Banker.az Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumat əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8.2% artıb. 5 aylıq proqnoz 111,0% səviyyəsində icra olunub.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13.6% artıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.