Dövlət Statistika Komitəsinin ötən il gəlirləri azalıb

Dövlət Statistika Komitəsi 2020-ci ildə 15 milyon 109 min manat gəlir əldə edib. 2019-cu ildə isə DSK-nın gəlirləri 19 milyon 215 min manat təşkil edib. Belə ki, illik müqayisədə DSK-nn gəlirləri ötən il 21.4% azalıb.

Banker.az bu barədə DSK-nin maliyyə hesabatına istinadən xəbər verir.

Dövlət Statistika Komitəsinin qeyri-birja əməliyyatlarından gəliri 15 milyon 68 min manat (əvvəlki il 19 milyon 210 min manat), birja əməliyyatlarından gəliri 2 min 325 manat (əvvəlki il 5 min 345 manat), sair əməliyyatlarından gəliri 39 min 86 manat (əvvəlki il olmayıb) təşkil edib.

DSK-niin ötən il cəmi xərcləri 12 milyon 670 min manat olub ki, bu da illik müqayisədə 8% az deməkdir. Dövlət Statistika Komitəsinin əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 5 milyon 248 min manatdan 8 milyon 357 min manata çatıb, sərf edilmiş materialların dəyəri 2 milyon 873 min manatdan 603 min manata düşüb, amortizasiya xərcləri 1 milyon 123 min manatdan 1 milyon 159 min manata çatıb, sair əməliyyat xərcləri isə 4 milyon 529 min manatdan 2 milyon 551 min manata düşüb.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.