5 C
Baku
Monday, December 30, 2024

Dövlət təşkilatlarında 563 mln. manata yaxın maliyyə pozuntusu aşkarlanıb

Hesablama Palatası 2023-cü ildə iş planına əsasən 5 mlrd. 776,0 mln. manat vəsaiti əhatə edən 31 uyğunluq auditi keçirilib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Məlumata görə, başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə ümumilikdə 562.5 mln. manat maliyyə pozuntusu aşkarlanıb. Uyğunluq predmetləri üzrə büdcəyə zərər 103.2 mln. manat olduğu hesablanıb. Digər maliyyə pozuntularının həcmi 459.3 mln. manat təşkil edib. Büdcəyə 60.7 mln. manat məbləğində hesablanmış zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində təkliflər verilib. 28.8 mln. manat məbləğində hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda HP tərəfindən bu məbləğin bərpası istiqamətində tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin bir qisminin dayandırılması barədə qərar verilib.

Büdcəyə zərərin 13.7 mln. manatı üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər