30 C
Baku
Tuesday, June 28, 2022

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli qərarlara dəyişiklik edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, Basqal qəsəbə Mədəniyyət Evi, Xınalıq kənd Mədəniyyət Evi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na əlavə edilib.

Son xəbərlər
Oxşar xəbərlər