28 C
Baku
Saturday, July 27, 2024

Dövlət vəsaiti hesabına təmin edilən aqrar texnikaların sayı azalıb- özü də kəskin

Azərbaycanda dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına dair məlumatlar açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayır.

Məlumatda qeyd edilib ki, Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə 2020-ci il ərzində “Aqroservis” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 52.3 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satılıb.

Lakin, traktorların sayı öncəki illə müqayisədə 39.8%, kotanların 22%, ot biçənlərin 84.4%, gübrsəpənin 90.6%, pambıqyığan kombayn 73.3% kultivatorla 71.3% azalıb.

Dövlət tərəfindən isə mala (1.6 dəfə), ot presləyən (1.6%), bağarası frez 5.5 dəfə artıb.

2020-ci il 2019-cu il 2020-ci il  2019-cu ilə nisbətən, faizlə

Traktor

266 662 -59.8
Kotan 134 197 -32
Səpici aqreqat 147 180 -18.3
Taxılyığan kombayn 54 225 -76
Çiləyici və tozlayıcı 88 77 14.3
Ot biçən 10 64 -84.4
Gübrəsəpən 6 64 -90.6
Taxıl (toxum) təmizləyən 12 28 -57.1
Mala 131 80 1.6 dəfə
Pambıqyığan kombayn 12 45 -73.3
Ot dırmığı 9 29 -69
Traktor yedəkləri (qoşqular) 115 180 -36.1
Kombayna qoşulan biçici aqreqat 14 20 -30
Kultivator 54 188 -71.3
Ot, küləş presləyən 34 21 1.6 dəfə
Bağarası frez 71 13 5.5 dəfə
Çuğundurçıxaran 5

Digər kənd təsərrüfatı texnikası 612 257 2.4 dəfə

 

Son xəbərlər
Digər xəbərlər