10 C
Baku
Saturday, March 25, 2023

Dövlət vətəndaşların əmanətlərini dondura bilərmi? Artıq bunu edən ölkələr var

Milli valyutanın kəskin ucuzlaşması Livan banklarında dolların saxlanması ilə bağlı bir sıra çətinliklərə gətirib çıxarıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Valyuta gəlirlərinin olmaması səbəbi ilə Livan bankları əslində bütün xərcləri öz üzərinə götürməli olduqları halda, 2019-cu ildə əmanətçilərin hesablarını praktiki olaraq dondurublar. İndi banklar vətəndaşlara ayda 400 dollar və az miqdarda milli valyuta çıxarmağa icazə verirlər.

Livan idxaldan asılıdır və uzun illər Mərkəzi Bank kommersiya banklarına dollar depozitləri üzrə yüksək faizlər təklif edərək, ticarət kəsirinin maliyyələşdirilməsinə kömək etmişdir. Bu yolla onlar əmanətçi axını və bank sisteminə göyük gəlir cəlb ediblər. Lakin hökumət borcunu ödəyə bilmədiyi üçün 2020-ci ildə sistem çöküb.

Nəticədə, idxalçılar Mərkəzi Bank tərəfindən subsidiyaların ödənilməsində gecikləmələrlə üzləşiblər və Livana tədarükü azaldıblar. Sonda yanacaq və dərman çatışmazlığı fonunda ölkədə tətillər başlayıb.

2019-cu ilin oktyabr ayından etibarən Livan lirəsi dəyərinin demək olar ki, 90%-ni itirib. İqtisadi tənəzzül əhalini yoxsulluğa sürükləyib, əmanətləri məhv edib və alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salıb. Nəticədə, banklara inam azalıb.

Beynəlxalq Valyuta Fondu (BVF) anti-korrupsiya islahatlarının aparılacağı təqdirdə Livana kömək etməyə hazır olduğunu bəyan edib. Buna baxmayaraq, hakimiyyət uğrunda gedən mübarizə maliyyə yardımına son qoyub. Ölkənin maliyyə qurumlarının rəhbərlərinin BVF-nin maliyyələşməsinə yol aça biləcək iqtisadi islahatlara müqavimət göstərdiyini söyləmək olar. Bunun səbəblərindən biri – nüfuzlu və varlı livanlılara pullarını ölkədən çıxarmağa icazə verən köhnə qanunlardır.

Son xəbərlər
Digər xəbərlər
X