28 C
Baku
Saturday, July 27, 2024

Dövlət vergi orqanlarının illərə görə əlavə haqlar bu qaydada veriləcək – dəyişiklik

Azərbaycanda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Milli Məclis 24 aprel tarixdə ikinci oxunuşda qəbul edilib.

Banker.az-ın xəbərinə görə, həmin qanuna əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:

  • 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;
  • 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;
  • 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;
  • 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Bu qanunun təsdiqlənməsi ilə bağlı qanun layihəsi Azərbaycan Prezidentinə göndərilib.

Qeyd edək ki, bu qanun 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Xatırlatma!

Bundan öncə – 73. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

•          1 ildən 5 ilədək – 21 manat miqdarında;

•          5 ildən 10 ilədək – 24 manat miqdarında;

•          10 ildən 15 ilədək – 27 manat miqdarında;

•          15 ildən 20 ilədək – 30 manat miqdarında;

•          20 ildən 25 ilədək – 39 manat miqdarında;

•          25 ildən 30 ilədək – 45 manat miqdarında;

•          30 ildən yuxarı – 60 manat miqdarında, kimi qeyd edilirdi.

Daha bir dəyişiklik isə 69-cu bəndə yeni yarım bənd əlavə edilib və orada “Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir” deyə qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər