Dövlət Vergi Xidməti AVIS 2 sistemi üçün 5,5 milyon manatlıq modul yaradır.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti AVIS 2 sistemində “Audit modulu”nun yaradılması ilə bağlı satınalma həyata keçirir.
Satınalmanın ehtimal olunan qiyməti 5 514 224,48 manatdır.
Layihənin məqsədi AVIS 2 sistemində audit modulunun yaradılmasıdır.







