24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Dövlət Vergi Xidməti büdcə proqnozuna 122% əməl edib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 milyon manat vergi daxil olub, proqnoza 122,4% əməl edilib.

Bu barədə quruma istinadən xəbər verilir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8% və yaxud 1 milyard manatdan çox artıb.

Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 379,6 milyon manat olub, proqnoza 115,9% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9% və yaxud 616,5 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artaraq 4 milyard 88,6 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 788,8 milyon manat olmaqla proqnoz 114,6% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3% artıb.

Ödənilmiş vergilərin 73,1%-i qeyri-neft-qaz sektorunun, 26,9%-i isə neft-qaz sektorunun payına düşüb.

Son xəbərlər
Oxşar xəbərlər
X